PSJ-nin yarımmüdafiəçisi Rafinya (Rafinha) bu yay klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, Paris klubu 28 yaşlı futbolçunun satışından 10 milyon avro qazanmaq istəyir. Rafinyanın klubunu dəyişəcəyi halda, onun yetirməsi olduğu "Barselona" da 3,6 milyon avro əldə edəcək.
Belə ki, futbolda ilk addımlarını "Barselona"da atan Rafinyanın klubunu dəyişəcəyi təqdirdə transfer məbləğinin 35 % faizi katalonların payına düşür.