PSJ-nin idman direktoru Luis Kampos komandanın argentinalı superulduzu Lionel Messi ilə yeni müqavilə ilə bağlı danışıq apardıqlarını bildirib.
Fanat.Az xəbər verir ki, "Telefoot" klub rəsmisinin dediklərini belə çatdırıb:
"Yeni müqaviləni müzakirə edirik. İstəyərdim ki, Messi bizimlə qalsın, bundan sonra da PSJ-nin formasını geyinsin. Anlaşmasını yeniləsə, şad olacağam".
Qeyd edək ki, 35 yaşlı Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılaraq, azad agent qismində Fransa nəhənginə qoşulub. PSJ forması ilə çıxdığı 58 matçda 26 qol və 29 məhsuldar ötürmə ilə yadda qalan Leonun Paris təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat