PSJ Poçettino ilə müqaviləni pozur

PSJ Poçettino ilə müqaviləni pozur

PSJ-nin baş məşqçisi Maurisio Poçettino postunu vaxtından əvvəl tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 

Xəbərə görə, argentinalı mütəxəssis müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı klubla razılığa gəlib.

2023-cü ilin yayına qədər nəzərdə tutulan sözləşməyə yaxın vaxtlarda xitam veriləcək. Təklifi klub rəhbərliyi irəli sürüb və məşqçi də bununla razılaşıb. Ancaq bu addım istefaya göndərmək kimi yox, tərəflərin qarşılıqlı anlaşması kimi qeyd olunacaq.

Poçettino mövsümün sonuna kimi vəzifəsini icra edəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər