PSJ-nin yarımmüdafiəçisi İdrissa Qeye karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb.
İdrissanın yaxın vaxtlarda sabiq klubu "Everton"la müqavilə bağlayacağı açıqlanıb.
Qeyd edək ki, Qeye 2016-2019-cu illər aralığında "Everton"da çıxış edib. Seneqal millisinin üzvü Liverpul təmsilçisində 108 matça çıxaraq 4 qol vurub.
Nihat