PSJ Messi ilə yeni müqavilə imzalamaq niyyətindədir

PSJ Messi ilə yeni müqavilə imzalamaq niyyətindədir

PSJ klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilə yeniləmək istəyir.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, tərəflərin hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır. Lakin parislilərin rəhbərliyi artıq futbolçunun nümayəndələrinə əməkdaşlığı 2024-cü ilə qədər uzatmaq istədiklərini bildirib.

Mənbənin sözlərinə görə, Messi PSJ-dəki gələcəyi ilə bağlı qərarını 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcək. Lionel DÇ-dən sonra özünün psixoloji və fiziki vəziyyətini qiymətləndirmək istəyir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər