PSJ İkardinin transferini həll etdi

PSJ İkardinin transferini həll etdi
PSJ və "İnter" Mauro İkardinin transferini razılaşdırıblar.
Fanat.Az jurnalist Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, PSJ İkardiyə görə "İnter"ə 50 milyon avro ödəyəcək. Həmçinin 7 milyon avro dəyərində bonuslar nəzədə tutulub.
Argentinalı futbolçunun artıq Paris klubu ilə müqaviləyə imza atdığı bildirilir.
2019-20 mövsümündə Liqa 1-də 20 matçda meydana çıxan İkardi 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər