Polşa Futbol İttifaqı Rusiya ilə oyuna görə FIFA-ya müraciət etdi

Polşa Futbol İttifaqı Rusiya ilə oyuna görə FIFA-ya müraciət etdi

Polşa Futbol İttifaqı (PZPN) FIFA-ya müraciət edib.

Fanat.Az xəbər verir ki, qurum Rusiya millisinə qarşı keçiriləcək dünya çempionatının pley-off mərhələsinin oyununun təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilməsini istəyir.

PZPN Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımasından sonra bu addımı atıb.

Daha əvvəl Polşanın idman naziri Kamil Bortniçuk yarımfinal matçını neytral meydanda oynamaq niyyətində olduqlarını bildirib. O, deyib ki, belə vəziyyətdə polşalı idmançılar Rusiyaya getməməlidirlər.

Qeyd edək ki, Rusiya - Polşa qarşılaşması martın 24-də Moskvadakı "Dinamo" Mərkəzi Stadionunda keçirilməlidir. Bu görüşün qalibi finalda İsveç - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər