Pol Poqba "Barselona"ya keçə bilər

Pol Poqba "Barselona"ya keçə bilər

"Barselona" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qata bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Xəbərə görə, 28 yaşlı fransız futbolçunun meneceri Mino Rayol "Barselona"ya müqaviləni gələn yay Poqba azad agent statusu aldıqdan sonra bağlamağı təklif edib. 

Lakin yarımmüdafiəçi üçün tələb olunan məbləğin çox olması "Barselona"nı razı salmır. 

Qeyd edək ki, Poqba "Yuventus", PSJ, "Real Madrid" və İngiltərə Premyer Liqasının bir neçə klubunun da maraq dairəsindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər