Podolskidən Polşa klubu ilə yeni müqavilə

Podolskidən Polşa klubu ilə yeni müqavilə

Almaniya yığmasının sabiq hücumçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Zabje təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Podolski 2021-ci ilin yayından formasını geyindiyi “Qurnik”də 59 oyuna 16 qol vurub, 14 asist edib. Təcrübəli forvard daha öncə Almaniyada “Bayern”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor”, Yaponiyada “Vissel Kobe” klublarının da formasını geyinib. O, Almaniya yığmasında 130 oyuna 49 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər