Poçettino Mbappenin müqaviləsindən son anda xəbər tutub - AÇIQLAMA

Poçettino Mbappenin müqaviləsindən son anda xəbər tutub - AÇIQLAMA

PSJ klubunun baş məşqçisi Maurisio Poçettino Kilian Mbappe ilə müqavilənin uzadılmasına münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "L'Equipe" italiyalı mütəxəssisdən belə sitat gətirib:

“Mən müqavilənin uzadılması barədə rəsmi açıqlamadan bir neçə dəqiqə əvvəl xəbər tutdum. Bu, klub üçün çox vacib addımdır, biz çox məmnunuq. Danışıqların gedişatını izlədim, müxtəlif mərhələlər oldu. Biz Kilianın peşəkar inkişafı ilə həqiqətən fəxr edirik. Əvvəllər o, daim tənqid olunurdu. Çünki Mbappe heç də həmişə öz potensialını reallaşdıra bilmirdi. Onun inkişafından çox razıyam. Mbappe ilə müqavilənin uzadılması prezidentin və bütün klubun əməyinin nəticəsidir".

Kilian Mbappenin yeni müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər