Pike "Barselona"da nə qədər qazandığını açıqladı

Pike "Barselona"da nə qədər qazandığını açıqladı

İspaniya millisinin futbolçusu Jerar Pike "Barselona" klubundakı maaşının məbləğini açıqlayıb.

Fanat.Az xəbər verir ki, təcrübəli müdafiəçi bankdan aldığı arayışı şəxsi "Twvitter" səhifəsində paylaşıb.

35 yaşlı oyunçu 2021-ci ildə Kataloniya təmsilçisindən 2,3 milyon avro pul aldığını bildirib. Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir.

Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə əməkhaqqının nəzərəçarpan dərəcədə azaldılmasına razılaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər