Pike "Barselona" prezidenti olmaq istəyir

Pike "Barselona" prezidenti olmaq istəyir
"Barselona"nın futbolçusu Jerar Pike klubun prezidenti olmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi bu barədə "Marca"ya açıqlamasında məlumat verib.
İspaniyalı oyunçu karyerasını davam etdirdiyi üçün növbəti prezident seçkilərində iştirak edə bilməyəcəyini söyləyib: "Barselona"nın azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Bəlkə də gələcəkdə namizədliyimi verəcəyəm. Həmişə "Barselona"nın prezidenti olmağı arzulamışam. Bu gerçəkləşəcəkmi, bilmirəm".
Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər