Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqada həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib.
Fanat.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Qaliblər artıq qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:
1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti 2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi 3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru 4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru 5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru 6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü 7. Nazim Əliyev – futbol mütəxəssisi 8. Nazim Süleymanov – futbol mütəxəssisi 9. Arif Əsədov – futbol mütəxəssisi 10. Aslan Kərimov – futbol mütəxəssisi 11. Mahmud Qurbanov – futbol mütəxəssisi
Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.