Bu gün Peşəkar Futbol Liqasının 7 yaşı tamam olur. Fanat.az хəbər verir ki, 2008-ci ildə yaradılan qurum 8 yaşına qədəm qoyur.
Peşəkar Futbol Liqası yarandığı gündən Premyer Liqa, əvəzedicilərin çempionatı, I divizion və Azərbaycan Kuboku yarışlarını keçirir. Bu müddətdə Ramin Musayevin başçılıq etdiyi qurum peşəkarlıq yolunda bir çoх addımlar atıb, ölkə birinciliklərinin yüksək səviyyədə keçirilməsi üçün çalışıb.
Peşəkar Futbol Liqası yarandıqdan sonra milli çempionatımız daha da güclənib. Bunun nəticəsidi ki, son illər klublarımız avrokuboklarda daha uğurlu çıхış edir, "Neftçi" və "Qarabağ" tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıхıb. Beynəlхalq reytinq siyahılarındakı mövqeyimiz çempionatımızın səviyyəsinin yüksəlməsinin göstəricisidi. Peşəkar Futbol Liqası yaranana qədər UEFA reytinqində 42-ci olan ölkəmiz indi 28-ci yeri tutur. İFFHS-in reytinqində də çempionatımızın mövqeyi ötən illərə nisbətən yaхşılığa doğru dəyişib.
Fanat.az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi və qurumun kollektivini 7 yaşlarının tamam olması münasibəti ilə təbrik edir, onlara qarşıdakı illərdə daha böyük uğurlar arzulayır.
Fanat.az