"Partizani" 2 legioner transfer etdi

"Partizani" 2  legioner transfer etdi
"Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Partizani” klubu heyətinə iki legioner futbolçu cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Teofilus Solomonla 2+1 il şərti ilə anlaşıb. 23 yaşlı nigeriyalı hücumçu Macarıstan "Uypeşt”indən alınıb. 
Digər oyunçu isə Aristoteles Romerodu. 24 yaşlı venesuelalı yarımmüdafiəçi İtaliyanın "Krotone” klubundan 1 illik icarəyə götürülüb.
"Partizani" "Şkenderbeu”dan 24 yaşlı qapıçı Aldo Teqyanı heyətinə qatıb. Albaniyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Tirana təmsilçisi müdafiəçi Lyabinot İbrahimi ilə sözləşmənin müddətini 1 illik uzadılıb. Digər arxa xətt oyunçusu Lum Recepi isə yola salınıb.
Qeyd edək ki, "Qarabağ” "Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər