Milinko Pantiç "İnter"lə oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi futbola aid olmayan hadisələrin baş verdiyini deyib:
“Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Yetirmələrim üçün 0:4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0:1 də məğlubiyyətdi. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydı ki, buradayam, hamıya hər şey aydındı. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir. Hakimliyi şərh etmək istəmirəm. Etto yanıma gəlib, məndən üzr istədi. İlboyu bu hadisələr yığılıb, bu gün partladı. Öz futbolçumun tərəfini saxlamıram. O, səhv edib".
Fanat.az