Polşanın "Krakoviya" klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi Yevgeni Konoplyanka maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Weszlo" onun söylədiklərini belə çatdırıb:
"Dnepr"də oynadığım zaman baş verənləri heç vaxt unuda bilməyəcəyəm. Dnepropetrovska "Liverpul"un nümayəndələri gəlmişdi. Transferimin artıq həll olunduğunu, tezliklə İngiltərə klubuna keçəcəyimi düşünürdüm. Birlikdə şam etdik. İngilislər klubun prezidenti İqor Kolomoyskinin istədiyi qədər pul ödəməyə hazır idilər.
Əlbəttə, 25 milyon avro qarşılığında məni "Liverpul"a buraxmamaları çox üzücü xəbər oldu. Etiraf edim ki, ağladım. Sonra Kolomoyskinin yanına gedib ona yalvardım ki, arzularımın həyata keçməsinə şərait yaratsın. Ancaq o, yalvarışlarıma məhəl qoymadan təklifi geri çevirdi. Təsəvvür edin, artıq Stiven Cerrard, Martin Şkrtel kimi futbolçular mənə mesaj yazaraq komandada gözlədiklərini çatdırmışdılar. Lakin sonda "Sevilya"ya yollandığım üçün üzgün deyildim".
Nihat