"Ona "Barselona"ya keçməyi məsləhət gördüm" - Yaya Ture

"Ona "Barselona"ya keçməyi məsləhət gördüm" - Yaya Ture

"Barselona"nın və "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture "Milan"dan azad agent qimində ayrılaraq Kataloniya klubu ilə müqavilə bağlayan Frank Kessyedən danışıb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq ulduzu həmyerlisinə Kataloniya təmsilçisinə qoşulmağı məsləhət gördüyünü deyib:

"Barselona" ilə danışıq apardığı zaman Kessyeyə zəng vurdum. Bir neçə dəfə özü də mənimlə əlaqə saxladı. Bu klubu yaxşı tanıdığım üçün müxtəlif məqamlar ətrafında söhbətləşdik. Franka nə dedim? Tərəddüd etmədən Barselonaya yollanmasını məsləhət gördüm".

Xatırladaq ki, Kessye dünən "Barselona" ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər