"Bayern Münhen"in direktoru Oliver Kan Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Holandın Münhen təmsilçisinə mümkün keçidi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, SZ Almaniya millisinin sabiq qapıçısının söylədiklərini belə çatdırıb:
"Holand? Bizim Robert Levandovskimiz var. O da hələ bir neçə il hər mövsümdə 30-40 qol vuracaq".
21 yaşlı Holand bu mövsüm Almaniya Bundesliqasında çıxdığı 11 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıbsa, 33 yaşlı Levandovski ölkə çempionatında 17 matçda forma geyinərək 19 qola imza atıb.
Nihat