Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Obameyanqa 3 illik müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanından sərfəli şərtlərlə üç illik müqavilə imzalamaq təklifi alıb.
Qeyd olunur ki, afrikalı futbolçu özü karyerasını Avropada da davam etdirmək niyyətindədir.