"O, "Liverpul"da superulduz ola bilər" - Karrager 

"O, "Liverpul"da superulduz ola bilər" - Karrager 

"Liverpul"un sabiq futbolçusu, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "Mançester Yunayted"in hansı futbolçusunun mersisaydlıların əsas heyətində yer ala biləcəyini deyib.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" Karragerin sözlərini belə çatdırıb:

"Mən yalnız gənc oğlanı - Kobbi Maynunu götürərdim. Maynu öz yaşı üçün çox yaxşıdı. Fikrimcə, o, superulduza bənzəyir. Hə, Kobbi "Liverpul"da superulduz ola bilər.

Daha kim? MY-də "Liverpul"un indiki oyunçularını əsas heyət uğrunda rəqabətdə üstələyə biləcək başqa futbolçu adı çəkmək asan deyil...  Bəlkə də Brunu Fernandeş. Markus Raşford da yaxşıdı. Ancaq o, Kloppun komandasında Maynu qədər parlaya bilməz".

Qeyd edək ki, 18 yaşlı Maynu cari mövsüm Mançester təmsilçisinin heyətində 21 matça çıxaraq 2 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər