"Bayern Münhen"in qapıçısı Manuel Noyer klubla danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu komandası ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Məlumatı "Sport1" yayıb. Xəbərə görə, Noyer Almaniya təmsilçisi ilə müddəti 2025-ci ilə qədər davam edəcək sözləşmə imzalamaq arzusundadır.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bayern Münhen"in şərəfini qoruyur. Almaniya millisinin qapıçısı bu müddətdə 288 matçda meydana çıxıb və 201 qol buraxıb.
Röya