Noyabrın ən yaxşı məşqçisi klubuyla müqavilə yenilədi

Noyabrın ən yaxşı məşqçisi klubuyla müqavilə yenilədi

"Atalanta"nın baş məşqçisi Canpyero Qasperini Berqamo klubuyla müqavilə yeniləyib.

Fanat.Az DAZN-a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin yeni anlaşmasının müddəti 2024-cü ilin yayında başa çatacaq.

Müqavilənin sonradan daha 1 illik uzadılması da nəzərdə tutulub.

Qeyd edək ki, Qasperini A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi olub. Onun rəhbərlik etdiyi kollektiv çıxdığı 4 çempionat matçının hamısında qələbə qazanıb.  Berqamolular 8 oyundur ki, yenilgi tanımır.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər