Avropa çempionatının seçmə qrup mərhələsində millimizin növbəti rəqibi olacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo vətənində mətbuat kionfransı keçirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmamızla qarşılaşmadan öncə keçirəcəkləri yoxlama görüşündə bir sıra əsas heyət oyunçusuna istirahət verəcəyini bildirib.
- Estoniya ilə görüşə oyun prinsiplərimizi aşılamaq məqsədi ilə çıxacağıq. Bir sıra futbolçuynu meydana buraxmayacam. Çünki fərdi qaydada hər bir oyunçunun ümumi qiymətinə bələdəm.
- Ötən oyunla müqayisədə bəzi dəyişiklər baş verib. Məsələn, Coşua Kinq heyətdə yoxdu.
- Coşua belindən zədə alıb. Onun bərpa olunması və forma yığması üçün zamana ehtiyac duyulur.
- "Rusenborq"da xoş təsir bağışlayan Aleksandr Söderlunn milliyə dəvət olunub.
- Biz daim axtarışdayıq. Kimin fiziki kondisiyaları daha üstündüsə, ona dəvət göndəririk. Söderlunn bir müddət oynaya bilməsə də, 13 qolun müəllifidi. O, yenidən milliyə qayıdıb.
- Anders Konradsen də yığmaya dəvət alanlar sırasındadı.
- Konradsen "Marsel"ə qarşı 90 dəqiqə oynayıb. Onun özünəməxsus dəst-xətti var. Anders meydanda olanda biz daha çox kollektiv futbol oynayırıq.
Fanat.az