PSJ futbolçusu Neymarla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə sözləşmə 2025-ci ilədək uzadılıb. Braziliyalı oyunçu Paris klubunda vergilər və bonuslar da hesablanmaqla illik 30 milyon avro qazanacaq.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan keçib. Onun yayda bu kluba qayıdacağı haqda xəbərlər var idi.