Neymar "Barselona" ilə oyun ərəfəsində zədələndi

Neymar "Barselona" ilə oyun ərəfəsində zədələndi
PSJ-nin ulduz hücumçusu Neymar Fransa Kubokunun 1/32 final mərhələsində - "Kan"la oyunda (1:0) zədələnib.
Fanat.Az xəbər verir ki, matçın 56-cı dəqiqəsində xəsarət alan braziliyalı hücumçu meydanı tərk etmək məcburiyyətində qalıb və yerini Kilian Mbappeyə verməli olub.
Neymarın zədəsinin nə dərəcədə ciddi olduğuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, PSJ fevralın 16-da Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində önəmli oyuna çıxacaq. Paris komandası səfərdə "Barselona" ilə üz-üzə gələcək. Cavab görüşü isə martın 10-da Parisdə keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər