La Liqanın rəhbəri Xavyer Tebas İdman Arbitraj Məhkəməsinin "Mançester Siti"nin lehinə qərar verməsinə növbəti dəfə münasibət bildirib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Tebas İdman Arbitraj Məhkəməsini kəskin şəkildə tənqid edib:
"Mançester Siti"nin nə etdiyini hamımız bilirik. UEFA onları cəzalandıranda futbol ictimaiyyəti bunu heç də təəccüblə qarşılamadı. Hamıda ədalətin bərpa edildiyinə dair hiss var idi. "Siti"yə bənzər şəkildə cəzalandırılacağı gözlənilən digər klub PSJ idi.
"Siti" növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək - hər şeyi düzgün etdiklərinə görə yox, sadəcə, CAS (İdman Arbitraj Məhkəməsi) yanlış qərar verdi. CAS onlara UEFA-nın istintaqı ilə iştirakdan imtina etdiklərinə görə 10 milyon avro cəza kəsdi. CAS mənim üçün ölüb. Onsuz da, uzun müddət idi ki, CAS-a dair şübhələrim var idi. Şəffaflıqdan söhbət gedə bilməz.
Son 5 il ərzində "Siti" və PSJ hamıdan çox pul xərcləyiblər. "Yunayted"dən fərqli olaraq, MS öz resursları hesabına transferləri həyata keçirmir. Onlar BƏƏ-nin neft satışından əldə olunan pulları transferlərə xərcləyirlər".
Fanat.Az