"Liverpul"un yarımmüdafiəçisi Dioqu Jota nə vaxtsa bu komandada oynayacağına inanmadığını bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"16 yaşım olanda "Qondomar"da çıxış edirdim. Oynamağım üçün valideynlərim hər ay kluba pul ödəyirdilər. Portuqaliyada vəziyyət fərqlidir. Orada hər şey İngiltərədəki kimi deyil. Yalnız "Pasuş"a keçəndən sonra müəyyən məbləğdə maaş almağa başladım.
Həmişə böyük hədəflərə köklənmişəm. Amma etiraf edim ki, heç vaxt ən yaxşı sayılmamışam. Pis oyunçu deyildim. Sadəcə, bəzi komanda yoldaşlarım "Portu" və "Benfika"ya keçdiyi halda, məndə o perspektivi görən yox idi. Buna baxmayaraq, özümü göstərmək şansımdan yaxşı yararlandım. Düzü, nə vaxtsa "Liverpul"a keçəcəyimə inanmırdım. Bunun gerçək olduğuna zamanla alışdım".
Nihat