"Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta klubunu dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Liverpool Echo" yayıb.
Xəbərə görə, Keyta İPL klublarından birinə keçmək niyyətindədir. Çünki o, İngiltərədən getmək istəmir. Futbolçunun yayda icarəyə göndəriləcəyi bildirilir.
Qeyd edək ki, qvineyalı yarımmüdafiəçi "Tottenhem"in diqqət mərkəzindədir.
Röya