Mustafa Dənizli ulduz futbolçunu hədəfə aldı

Mustafa Dənizli ulduz futbolçunu hədəfə aldı
"Beşiktaş" azarkeşləri arasında Demba Baya böyük ümidlər yaradıldı. "Feyenoord"la oyunda sərgilədiyi oyunla bu gözləntilər daha da böyüdü. Amma bu ümidlər heç də yüksək "sinif"də deyil. Demba Ba "performansımdan razıyam" deyir. Amma məncə, o qədər də yaxşı deyildi. "Feyenoord" "Beşiktaş"ın özünü imtahan edəcək səviyyədə komanda deyil. O oyunlar Demba Baya olan ümidləri çox yüksəltdi". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
"Beşiktaş"ın "Eskişəhərspor"la heç-heçə (1:1) oynamasından sonra "Lig TV"də danışan Dənizli Demba Banı Burak Yılmazla müqayisə edib: "Komanda yoldaşları futbolçunu topla təmin edə bilmirsə, özü topu almağın yollarını axtarmalıdı. Bunun əsas şərti isə qaçmaqdı. Burak Yılmazdan danışanda "qaçmır" deyirikmi? Yox. Burak daim oyunun mərkəzində olur. Demba Ba da belə etməlidi. Onun "özümdən razıyam" deməsi doğru deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər