Mustafa Dənizli 4 yerli futbolçu istədi

Mustafa Dənizli 4 yerli futbolçu istədi
Uğursuz mövsüm keçirən "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli hər zaman yerli futbolçuların azlığından şikayətlənir. Türk mütəxəssis məhz bu səbəbdən limitlə bağlı problemlərlə üzləşdiyini deyir.
Fanat.az xəbər verir ki, Dənizli növbəti mövsüm belə bir problemlə qarşılaşmaq istəmir. Bu səbəbdən o, rəhbərlikdən 4 yerli futbolçunun transfer edilməsini istəyib. Türk məşqçi istədiyi oyunçuların adlarını da rəhbərliyə təqdim edib.
Həmin futbolçulardan ikisinin kimliyi bəllidi. Bunlardan birinin "Neftçi"nin kapitanı Rəşad Sadiqov, digərinin "Simurq"un gənc hücumçusu Rəşad Eyyubov olduğu deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər