"Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə komandanın müdafiəçisi Lük Şou ilə müqavilə yenilədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Lük müddəti 2027-ci ilə qədər olan anlaşmaya imza atıb.
O, anlaşmaya qol çəkəndən sonra bu barədə fikirlərini bölüşüb: "Doqquz il öncə bu möhtəşəm klubla müqavilə bağlamışdım. Şadam ki, burada daha çox qalacağam. Mançesterə gələndən bəri həm insan, həm də futbolçu kimi çox böyümüşəm.
Biz baş məşqçimizin rəhbərliyi altında uzun bir yolun başlanğıcındayıq. Bu mövsüm artıq uğur qazana bilmişik, ancaq daha artığına nail olmaq istəyirik. Qeyri-adi nələrsə yaratmaq şansımız var. Görüləcək işlərin bir parçası olmaq üçün bütün gücümü ortaya qoymağa hazıram".
Nihat