Mourinyonun komandası 90 minə alınan oyunçunu 16.5 milyona transfer etdi

Mourinyonun komandası 90 minə alınan oyunçunu 16.5 milyona transfer etdi
"Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Vulverhempton”dan Matt Doertini transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Məlumata görə, bu transfer bonsularla birlikdə "Tottenhem”ə 16.6 milyon avroya başa gəlib.
Qeyd edək ki, Matt Doerti 2011-ci ildə İrlandiyanın "Bohemians" klubundan "Vulverhempton”a 90 min avroya transfer olunub. 28 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümündə meydana çıxdığı 50 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər