Morata "Barselona"ya keçidi ilə bağlı: “Xavi mənə zəng etdi..."

Morata "Barselona"ya keçidi ilə bağlı: “Xavi mənə zəng etdi..."

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata 2021-ci ilin yanvarında "Barselona"ya uğursuz transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Diario Sports" 29 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Düzdür, belədir. “Barselona”dan maraq var idi. Xavi mənə zəng etdi və biz futbolla bağlı ətraflı danışdıq. Məmnun oldum. Xavi kimi bir insanın mənə güvəndiyi üçün fəxr etdim.

4-5 yaxşı fürsətim oldu, amma Alleqri hər şeyin qarşısını aldı. O, açıq şəkildə dedi: “Sənin qalmağını istəyirəm".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər