"Yuventus"un hücumçusu Alvaro Morata "Barselona"ya keçmək üçün əlindən gələni edir.
Fanat.Az xəbər verir ki, jurnalist Quido Tolomey şəxsi "Twitter" hesabında 29 yaşlı ispanın Turin klubunun rəhbərliyinə bu qış getmək istədiyini söylədiyini yazıb.
Daha öncə "Barselona"nın baş məşqçisi Xavinin Kataloniya təmsilçisinin rəhbərliyindən Moratanın transferini istədiyi barədə məlumat yayılmışdı.
Müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan, icarə əsasında "Yuventus"da top qovan Alvaro bu mövsüm A seriyasında 15 matça çıxıb. Bu oyunlarda 3 qol vuran ön xətt oyunçusu 1 məhsuldar ötürmə ilə də yadda qalıb.