"Monako” heyətinə iki yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi yarımmüdafiəçilər - "Bordo”dan Orlen Tçuameni və "Strasburq”dan Yussuf Fofanı transfer edib. Hər iki futbolçu 2024cü ilədək nəzərdə tutulan müqaviləyə imza atıb.
20 yaşlı Orlen Tçuameni Fransa çempionatının cari mövsümündə 15 matç keçirib və yalnız məhsuldar ötürmələrlə yadda qalıb. 21 yaşlı futbolçu Yussuf Fofan isə bu mövsüm 13 oyunda yaşıl meydana çıxaraq bir qol vurub.
Fanat.Az