"Monako” heyətini yeni hücumçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi "Sevilya”dan Vissam Ben Yedderi transfer edib. 29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Monako” onun üçün "Sevilya”ya 40 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Fransa millisin üzvü 2016-cı ildə "Tuluza”dan "Sevilya”ya keçmişdi. La Liqa klubunda 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da qeyd edək ki, "Monako"dan Radamel Falkaonun "Qalatasaray"a transferi gündəmdədi. Knyazlıq təmsilçisi yeni hücumçu transfer etmədiyi üçün kolumbiyalı forvardı buraxmaq istəmirdi.
Fanat.Az