"Monako" 36 yaşlı futbolçu transfer etdi

"Monako" 36 yaşlı futbolçu transfer etdi
"Şalke 04"ün müdafiəçisi Naldonun "Monako"ya transfer olunub.
Fanat.Az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə 2020-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. Yerli medianın məlumatına görə, onun transferi üçün 2 milyon avro xərclənib.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm "Şalke 04"ün heyətində 13 rəsmi oyuna çıxıb. O, əvvəllər vətənində "RS Futebol", "Yuventude", Almaniyada "Verder" və "Volfsburq" klublarında çıxış edib, Braziliya millisində 4 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər