Mirbağır İsayev: "Futbolçularımıza iradım yoxdu"

Mirbağır İsayev: "Futbolçularımıza iradım yoxdu"
U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Belçikaya 0:3 hesabı ilə yenilən milli komandamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib. Fanat.az xəbər verir ki, çalışdırıcı futbolçulara iradının olmadığını deyib:
“Qolların üçünü də standart vəziyyətdən buraxdıq. İki qol künc zərbəsindən sonra, digəri isə 11 metrlik cərimə zərbəsindən vuruldu. Əsas problemimiz qapı xətti ilə bağlı idi. Cərimə meydançamıza göndərilən topların əksəriyyəti bizim üçün təhlükə yaradırdı. Bununla belə, komanda var gücü ilə mübarizə apardı. Çatışmazlıqlara baxmayaraq, futbolçularımıza hər hansı iradım yoxdu. Turnir cədvəlində balans yaratmaq üçün bir qələbəyə ehtiyacımız var. Hazırda əsas məqsədimiz komandanı növbəti oyunlara hazırlamaqdı. Qrupumuzdan elit-raunda iki komanda vəsiqə qazanacaq. Bu baxımdan uğurlu nəticə əldə etmək şansımızı itirməmişik. Qarşıdakı iki oyuna yüksək səviyyədə hazırlaşaraq məqsədimizə nail olmağı düşünürük”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər