Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.
Dəvətlilər arasında klubsuz Seymur Məmmədov da var. Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
1. Emin Kürdov - Araz-Naxçıvan 2. Rövşən Hüseynli - Astana (Qazaxıstan) 3. Fərid Abbasov - Baku Fire 4. Emil Həsənzadə - Neftçi İK 5. Xəzər Ağalızadə - Araz-Naxçıvan 6. Tofiq Mikayılov - Baku Fire 7. Kənan Manafov - Baku Fire 8. Oktay Rüstəmli - Baku Fire 9. Nihad İsmayılov - Baku Fire 10. Fərid Atakişiyev - Neftçi İK 11. Ülvi Əliyev - Araz-Naxçıvan 12. Mirzə Əmirov - Neftçi İK 13. Seymur Məmmədov - klubsuz 14. Nurlan Mehdizadə - Baku Fire 15. Cavad Məmmədov - Baku Fire