Millinin futbolçusu və ailəsi ölümlə təhdid olunur

Millinin futbolçusu və ailəsi ölümlə təhdid olunur

Meksika millisi DÇ-2022-nin seçmə mərhələsində ABŞ-a 0:2 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, bu matçdan sonra Meksikanın yarımmüdafiəçisi Luis Rodriges xoşagəlməz halla üzləşib. 

Migel adlı şəxs sosial şəbəkədə onun xanımına mesaj yazaraq, ölümlə təhdid edib.

Bu barədə 30 yaşlı futbolçu özü məlumat verib. O, şəxsi "İnstagram" səhifəsində paylaşımında həmin şəxsdən bu cür hərəkətlərə son qoymasını istəyib:

"Migel, mən sizin yazdığınız qadının əriyəm. Başa düşürəm ki, davranışınızın səbəbi mənim oyunum ola bilər. Bəhanə gətimirəm, amma sizdən xahiş edirəm, bir daha xanımıma yazmayın. "Öldürmək", "zorlamaq" qəddar sözlərdir, biz buna layiq deyilik. Ən azından bu ifadələri ailəyə aid etmək olmaz. Tanrı sizi qorusun".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər