Millinin baş məşqçisi tənqid olundu: Ulduz futbolçular yığmadan kənarda qaldı

Millinin baş məşqçisi tənqid olundu: Ulduz futbolçular yığmadan kənarda qaldı

DÇ-2022-nin seçmə mərhələsi növbəti oyunu üçün İngiltərə millisinin heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir kİ, yığmanın baş məşqçisi Qaret Sautgeyt (Gareth Southgate) bir neçə tanınmış futbolçuya dəvət göndərməməsi gündəm yaradıb.

Bu hal futbol mütəxəssisləri tərəfindən tənqid olunub. 

İngiltərə millisinin və "Arsenal" klubunun əfsanəvi sabiq futbolçusu Yan Rayt (İan Wright) fikirlərini "Twitter" səhifəsində yazıb: "Mən başa düşə bilmirəm Tomori milinin heyətinə düşmək üçün daha nə etməlidir? Bouen, Kressuell, Uayt, Qallaxer kimi (heyətə çağırılmayan) futbolçular "əzilmiş" haldadır".

"Arsenal"ın digər veteran futboloçusu Pol Merson isə "Emil Smit-Rou  heyətdə deyil? Zarafat edirsiniz?", - deyə bildirib.

İngiltərə yığmasına çağırılmayan futbolçuların siyahısını təqdim edirik:

Millinin baş məşqçisi tənqid olundu: Ulduz futbolçular yığmadan kənarda qaldı

Xatırladaq ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 12-si tarixində öz meydanında Albaniyanı qəbul edəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər