İngiltərə millisinin baş məşqçi Qaret Sautqeytin müqaviləsinin müddəti artırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol federasiyasının rəsmi saytı yayıb.
Xəbərə görə, 51 yaşlı mütəxəssislə müqavilə müddəti 2024-cü ilin dekabrınadək uzadılıb. Onunla yanaşı, Sautqeydin köməkçisi Stiv Hollandla da sözləşmə yenilənib.
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında DÇ-2018-in yarımfinalına və AVRO-2020-nin finalına çıxıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.