Millimizin futbolçusu Albaniya klubu ilə müqavilə bağladı

Millimizin futbolçusu Albaniya klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.

O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.

Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər