Millimizin baş məşqçisinin müqaviləsi avtomatik yeniləndi

Millimizin baş məşqçisinin müqaviləsi avtomatik yeniləndi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yığmadakı işini davam etdirəcək.
Bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, serbiyalı mütəxəssisin bu ilin sonunda başa çatan müqaviləsi avtomatik olaraq yenilənib: "Orada belə bir bənd var idi ki, tərəflərdən hər hansı biri sözləşməyə xitam verməzsə, müddət növbəti mərhələ üçün avtomatik artırılacaq".
F.Abdulla digər yığmaların baş məşqçiləri ilə bağlı məsələyə isə yaxın günlərdə aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarından U-21 yığmasına başçılıq edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər