Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, bu ay 21 yaşadəki futbolçulardan ibarət millimizin Almaniyanın Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışına dəvət alan Bilal Sezərin çıxış etdiyi Münhenqladbax "Borussiya"sı (U-23) "Alemanniya"nı qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Azərbaycan U-21-nin üzvü start heyətində yer alıb. Bilalı 90-cı dəqiqəəd Nils Rütten əvəzləyib.
Qeyd edək ki, Bilal U-21-in Frankfurtda "Pirmasens" klubuna qarşı keçirdiyi yoxlama oyununda (4:1) iştirak edib və 2 qol vurub. O, bu mövsüm "Borussiya"nın heyətində 12 oyuna çıxıb, 1100 dəqiqə oynayıb və "Hennef 05"lə matçda bir qola imza atıb.
Fanat.az