Millimizə qol vuran futbolçu danışdı

Millimizə qol vuran futbolçu danışdı
ABŞ - Azərbaycan matçında (2:0) millimizin qapısına vurulan ikinci qolun müəllifi Aron Yohansson oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, yığmamızın müdafiədə oynamasının onlar üçün problem yaratdığını deyib: 
"Oyun bizim üçün çətin keçdi. Bunun da əsas səbəbi rəqibin böyük istəklə müdafiə olunması idi. Əgər qarşındakı rəqib bütünlüklə arxaya çəkilərək, müdafiə olunursa, onlara qol vurmaq da çətinləşir. Hesabı erkən açmağımızın da səbəbini bunda görürəm. Əsas olan qələbə idi ki, onu da qazandıq. Düşünürəm ki, bu qələbə millimizdəki əhval-ruhiyyəni bir qədər də yaxşılaşdıracaq və Braziliyada uğurlu çıxışımıza təkan verəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər