Millimizə çağırılan futbolçu alman klubunda

Millimizə çağırılan futbolçu alman klubunda

"Sumqayıt"dan ayrılan Kiyan Soltanpur özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, milliləşdirilmiş futbolçumuz karyerasını yenidən Almaniyada davam etdirəcək.

Belə ki, 26 yaşlı hücumameylli yarımmüdafiəçi Berlinin "Viktoriya" klubuna keçib. Kiyan yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Soltanpur "Sumqayıt"da 12 oyun keçirib, 519 dəqiqə oynayıb və 3 qol vurub. Milliləşdirilən legioner yığmamızın təlim-məşq toplanışına dəvət olunsa da, rəsmi matçlarda meydana çıxmayıb. O, əvvəllər Almaniyanın "Union Berlin" (II komanda), "Borussiya" (Dortmund, II komanda), "Saarbrükken" və "Berliner AK" klublarında çıхış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər