Milli üzvü Liverpul klubundan bu qış getmək istəyir - SƏBƏB

Milli üzvü Liverpul klubundan bu qış getmək istəyir - SƏBƏB

"Everton"un hücumçusu Xose Salomon Rondon bu qış Liverpul təmsilçisini tərk etməkdə qərarlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Xəbərə görə, "Zenit", "Rubin" və Moskva MOİK-i kimi Rusiya klublarının formasını geyinmiş Venesuella millisinin üzvü az oynamasından narahat olduğu üçün İngiltərə təmsilçisi ilə müqavilənin qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulmasını istəyir. Mənbə 33 yaşlı Rondonun artıq bu yöndə hərəkətə keçdiyini vurğulayıb. 

Qeyd edək ki, Venesuela seçməsinin son 12 oyununda 7 qol vuran forvard bu mövsüm "Everton"da 7 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər