21 yaşadək futbolçulardan ibarət milli komandamıza daha bir türk futbolçu çağırılıb. Fanat.az xəbər verir ki, hazırda Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan yığmanın oktyabrın 1-də açıqlanan 19 nəfərlik heyətində yer almayan Bilal Sezer hazırlıqlarda iştirak edir. O, dünən "Pirmasens" klubuna qarşı yoxlama oyununda iştirak edib və iki qol vurub.
Bilal Sezer 1994-cü ilin 25 yanvarında Almaniyada doğulub. Türk əsilli futbolçu Münhenqladbax "Borussiya"sının yetirməsidi. O, klubun aşağı yaş qruplarında çıxış edib və 2013/14 mövsümündən U-23 komandasına yüksəlib. Yarımmüdafiəçi cari mövsümdə Regional Liqada 11 oyun keçirib, 920 dəqiqə oynayıb, 1 qol vurub və 3 sarı vərəqə alıb.
Fanat.az